Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Qol.az-ın məlumatına görə, təmsilçimiz "Qarabağ"ın "Viktoriya" ilə görüşüylə yanaşı, bu gün daha 8 qarşılaşma keçiriləcək. Sabah isə, Türkiyənin "Fənərbaxça" klubu doğma meydanda Fransa "Monako"sunu sınağa çəkəcək. Bu oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları avqustun 2 və 3-də keçiriləcək.
26 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
22:00. BATE Borisov (Belarus) – "Dandolk" (İrlandiya)
22:00. "Ludoqorets" (Bolqarıstan) – "Srvena Zvezda" (Serbiya)
22:00. "Partizani" (Albaniya) – "Zalsburq" (Avstriya)
22:00. "Sparta" (Çexiya) – "Styaua" (Rumıniya)
22:15. "Viktoriya" Plzen (Çexiya) – "Qarabağ" (Azərbaycan)
22:30. "Rostov" (Rusiya) – "Anderlext" (Belçika)
22:45. "Ayaks" (Hollandiya) – PAOK (Yunanıstan)
22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Dinamo" (Tiflis, Gürcüstan)
22:45. "Şaxtyor" (Donetsk, Ukrayna) – "Yanq Boys" (İsveçrə)
27 iyul
18:00. "Astana" (Qazaxıstan) – "Seltik" (Şotlandiya)
21:15. "Rusenborq" (Norveç) – APOEL (Kipr)
21:30. "Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka)
22:30. "Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa)
22:30. "Trençin" (Slovakiya) – "Legiya" (Polşa)
22:45. "Olimpiakos" (Yunanıstan") – "Hapoel" (Beer-Şeva, İsrail)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB