"Qarabağ" klubu bəyanat yayıb. SİA klubun rəsmi saytında yayımlanan bəyanatı olduğu kimi nəzərinizə çatdırır:
"Qarabağ"ımız Çempionlar Liqasının III təsnifat mərhələsində sabah səfərdə Çexiyanın "Viktoriya Plzen" klubu ilə qarşılaşacaq. Ötən turda "F91 Düdelanj"la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı "youtube" kanalımızla canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, "youtube" kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımlanması ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərmir.
"Viktoriya Plzen" klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB