Çingiz Hüseynzadə: “Rio-2016”da medalların sayı London Olimpiadasından geri qalmayacaq”

Çingiz Hüseynzadə: “Rio-2016”da medalların sayı London Olimpiadasından geri qalmayacaq”

"Son dövrdə Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Xüsusilə Olimpiya Oyunlarında nəticələrimiz get-gedə yaxşılaşır. Tezliklə Rio-de-Janeyroda Olimpiya Oyunları start götürəcək. İnanırıq ki, idmançılarımız bu Olimpiadada da uğur qazanacaqlar". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açiqlamasında deyib.

Ç.Hüseynzadə bildirib: "Rio-2016"da əsasən, güləş, boks, cüdo, taekvondo və gimnastika üzrə medallar qazanacağımıza ümid edirik. Biz velosipedçilərimizdən də nailiyyət gözləyirik. Əminəm ki, həm keyfiyyət və həm də kəmiyyət etibarı ilə medalların sayı London Olimpiadasından geri qalmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə