Mirça Rednik: "...bunu faciə hesab etmirəm"

Mirça Rednik: "...bunu faciə hesab etmirəm"
AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik rəqib komandanın baş məşqçisi Nazim Süleymanovu qələbə münasıbətilə təbrik edib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi yetirmələrinin oyunundan narazı qaldığını vurğulayıb: "Mövqe seçiminda və top saxlamaqda problemlərimiz vardı. Kamran və Parks zədəli olduqlarından oynamadılar, amma bu bizə bəraət qazandıra bilməz. Oyunda bir səhv etdik və nəticədə qol buraxdıq. Amma bunu faciə hesab etmirəm. Gələn oyunda vəziyyəti düzəldə bilərik". Məşqçi yenə də hakimliklə bağlı problemlərin olmasını qeyd edib: "Hakimin də tez-tez oyunu saxladığını deyim. Mənə elə gəlir ki, biz 90 dəqiqə yox, 25 dəqiqə oynadıq. Oyunda çoxlu fasilələr olsa da, hakim əsas vaxta cəmi 3 dəqiqə əlavə etmişdi".

AZAl-ın baş məşqçisi Nazim Süleymanov bildirdi ki, "Xəzər Lənkəran" çempionatın ən yaxşı komandalarındandır və buna görə bu qələbə onun üçün sevindiricidir: "Oyunçularım yaxşı oyun göstərdi, hamıdan razı qaldım. İmkanlar yarada bildik və onların birindən istifadə etdik".

Bütün xəbərlər Facebook səhifəmizdə