"Bakı" klubundan Əfqan Həmzəyevə qarşı sərt reaksiya

"Bakı" klubundan Əfqan Həmzəyevə qarşı sərt reaksiya
"Bakı" klubu Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi" ilə oyunda hakimin səriştəsiz idarəçilik etdiyi barədə xəbər yayımlayıb. Siasport.az saytı klubun rəsmi saytında yayımlanmış xəbəri olduğu kimi nəzərinizə çatdırır: "Azərbaycan Premyer Liqasının 23-cü, final mərhələsinin ilk turunda "Neftçi"ni qəbul edən "Bakı" oyunun baş hakimi Əfqan Həmzəyevin səriştəsizliyi nəticəsində meydanı 0:1 hesablı məğlubiyyətlə tərk etdi.


Baş hakim Əfqan Həmzəyev, onun köməkçiləri Roman Vasilyev və Eldar Nağıbəyovun kobud "səhv"ləri daha yaxşı nəticə əldə etmək arzusunda olan komandamızın qarşısında sipər çəkdi.


Oyunun 12-ci dəqiqəsində Əfqan Həmzəyevin gözləri qarşısında baş verən qayda pozuntusuna əks reaksiya verməsi "Bakı"nı bu oyunda tək rəqibə qarşı deyil, həm də qərəzli hakimliyə qarşı oynayacağına bir işarə oldu.


Təəssüf ki, komandamızın üstün oyun göstərdiyi qarşılaşmada ən arzuolunmaz pessimist gözləntilər özünü doğrultdu və hakimlər birqadası "Bakı"nın məğlubiyyətində həlledici neqativ rolunu oynadı".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com