Ronaldo Madeyra adasında otel açıb

Ronaldo Madeyra adasında otel açıb

Portuqaliya millisinin və "Real Madrid"in ulduzu Kriştiano Ronaldo Madeyra adasında otel açıb. Sportbox.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ronaldo otelə CR7 adını verib. Ulduz futbolcu bu barədə açıqlama verərək bildirib ki, bu sektorda yeni yatırımlar etməyi planlaşdırır. Məlumata görə, Ronaldo bu ilin sonlarında Lissabon şəhərində 2, gələn il isə Nyu-Yorkda da 1 otel açmaq istəyir. Qeyd edək ki, Ronaldonun "Real Madrid" və sponsorlardan əldə etdiyi illik gəlir 88 milyon dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə