İvanoviçdən “Çelsi”yə bəs xəbər…

İvanoviçdən “Çelsi”yə bəs xəbər…

"Çelsi"nin müdafiəçisi Branislav İvanoviç zədələnib. Qol.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu yoxlama görüşündə zədə alıb. Çiynindən zədələnən 32 yaşlı futbolçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Belədə İvanoviç "Real" və "Liverpul"la keçiriləcək yoxlama görüşlərində iştirak edə bilməyəcək. Qeyd edək ki, ötən mövsüm "Çelsi"də 43 oyun keçirən İvanoviç 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə