Karlo Ancelotti: “Fernando Torres “Çelsi” üçün böyük qazancdır”

Karlo Ancelotti: “Fernando Torres “Çelsi” üçün böyük qazancdır”

İngiltərə Premyer Liqasının nəhəng klublarından olan "Çelsi"nin baş məşqçisi Karlo Ancelotti, İngiltərə futbol tarixində ən bahalı transfer olaraq tarixə keçən, bir müddət bundan əvvəl "Liverpul"dan 50 milyon avroya transfer olunan və hələ də keçmiş komandası tərəfindən bir sıra ittihamlarla üzləşən Fernando Torresi müdafiə edib. Siasport.az saytı xəbər verir ki, italyan futbol mütəxəssisi ingilis jurnalistlərə bildirib ki, onun komandasında F.Torreslə bağlı heç bir problem yoxdur. İspaniyalı futbolçunun nümayiş etdirdiyi futboldan məmnunun qaldığını deyən K.Ancelotti, F.Torresin qarşıdakı həftələrdə özünün mahir futbol ustalığını meydanda nümayiş etdirəcəyini deyib. Onun transferinin "Çelsi" üçün böyük qazanc olduğunu deyən K.Ancelotti bildirib ki, F.Torresin "Çelsi" üçün nə demək olduğunu gələcəkdə hamı ğörəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə