Türkdilli dövlətlər arasında "Şuşa Kuboku" keçiriləcək

Türkdilli dövlətlər arasında "Şuşa Kuboku" keçiriləcək

Türkdilli dövlətlər arasında "Şuşa Kuboku" adlı futbol turniri keçiriləcək. SİA-nın məlumatına görə, bu təşəbbüsü Azərbaycan çempionatının birinci divizionunda çıxış etməyi hədəfləyən "Şuşa" klubu irəli sürüb.

Bu barədə klubun yaydığı məlumatda deyilir:

"Bütün türkdilli dövlətlər (Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyəti) arasında dostluq və həmrəylik münaibətlərinin daha da yüksək şəkildə inkişaf etdirilməsi, istənilən türkdilli dövlətin problemlərinin həll edilməsinə yaxından kömək göstərilməsi məqsədi ilə idman təbdbirlərinin müntəzəm davam etdirilməsi, idmanın, dostluğun və əməkdaşılığın inkişafına xidmət edilməsi, hal-hazırda mənfur düşmənlərimizin tapdağı altında olan Şuşamızın harayının hər bir türkdilli dövlət üçün yaxından mənimsənilməsi artıq bir zərurət halına gəlmişdir. Məhz bu xeyirxah məqsədin həyata keçirilməsi üçün bu dövlətlərin futbol klubları arasında beynəlxalq əhəmiyyətli yarış funskiyasına sahib ola biləcək futbol üzrə "ŞUŞA KUBOKU"nun yaradılması və ilkin olaraq 2017-ci ilin 28 may tarixindən etibarən Bakı şəhərində keçirilməsi məqsədə uyğundur. Bu məramların həyata keçirilməsi məqsədi ilə

QƏRARA ALINDI:

1. Bütün türkdilli dövlətlər (Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyəti) arasında dostluq və həmrəylik münasibətlərinin inkişaf etdirilməsi və bu missiyanın davamlı olması məqsədi ilə futbol üzrə "ŞUŞA KUBOKU" təsis edilsin.

2. Bütün türkdilli dövlətləri arasında futbol üzrə keçirləcək "ŞUŞA KUBOKU" yarışının keçiriləcəyi ilkin tarix 28 may 2017-ci il olaraq Bakı şəhəri müəyyən edilsin.

3. Futbol üzrə "ŞUŞA KUBOKU" yarışının növbəti mərhələsi həmin turnirdə qalib gəlmiş ölkədə keçirilməsi müəyyən edilsin.

4. Futbol üzrə "ŞUŞA KUBOKU" yarışının keçirilməsi məqsədi ilə bütün türkdilli dövlətlərin o cümlədən Azərbaycan Respublikasının müvafiq qurumlarına müraciətlərin hazırlanması "ŞUŞA PEŞƏKAR FUTBOL KLUBU" MMC-nin rəhbərliyinə həvalə edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə