\"Muğan Simurq\"u, \"Qarabağ\" \"İnter\"i məğlub etdi

\"Muğan Simurq\"u, \"Qarabağ\" \"İnter\"i məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasının final mərhələsinə start verilib. Siasport.az saytı xəbər verir ki, XXIII turun iki görüşü ilk oyun günündə baş tutub. Bunlardan biri ilk \"altılığ\"ın, digəri isə ikinci \"altılığ\"ın oyunu olub.

İkinci \"altılıq\" çərçivəsində \"Simurq\" \"Muğan\"ı qəbul edib. Zaqatala şəhər stadionunda keçirilən qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk \"altılıq\" çərçivəsində isə \"Qarabağ\" \"İnter\"in qonağı olub. Turnir cədvəlinin 3-4-cü pillələrində qərarlaşmış bu komandaların oyunu medallar baxımından əhəmiyyətli olub. Oyunda Ağdam təmsilçisi qələbə qazanıb-0:2.

Qeyd edək ki, turun qalan dörd oyunu sabah keçiriləcək. \"Turan\" \"Gəncə\"ni, MOİK \"Qəbələ\"ni, AZAL \"Xəzər Lənkəran\"ı, \"Bakı\" isə \"Neftçi\"ni qəbul edəcək.

Premyer Liqa

Final Mərhələsi

XXIII tur

12 mart

\"Simurq\" - \"Muğan\" 1:3

Qol: Mario Souza, 57-pen - Cavad Mirzəyev, 44. Hüseyn Axundov, 55. Georgi Qulordava, 90+2.

Hakimlər: Ceyhun Haşımov, Rahil Ramazanov, Samir Hacıyev, Rasim Məmmədov.

AFFA nümayəndəsi: Əliyar Xanəliyev.

Hakim-inspektor: Əmir Zamanov.

Zaqatala şəhər stadionu. Saat 14.00.

\"İnter\" - \"Qarabağ\" 0:2

Qol: Rauf Əliyev, 55. Georgi Adamiya, 72.

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Azər Əsgərov, Elnur Muradov.

AFFA nümayəndəsi: Namiq Məstanov.

Hakim-inspektor: Kərim Ağayev.

\"Şəfa\" stadionu. Saat 16.00.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com