"Sportinq" klubu azərbaycanlı futbolçu Budaq Nəsirovla müqavilə imzaladığını təsdiqləyib. SİA-nın məlumatına görə, klubun rəsmi saytında yer xəbərdə bildirilir ki, Portuqaliya təmsilçisi gənclərdən ibarət millimizin üzvü ilə 5 illik - 2021-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
Məlumatda həmçinin qeyd olunub ki, əgər futbolçu vaxtından əvvəl başqa komandaya keçsə, bu zaman kluba təzminat olaraq, 60 milyon avro ödənilməlidir.
"Sportinq" 20 yaşlı yarımmüdafiəçimizə komandada keçirəcəyi oyunlarda uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB