MKT-Arazda maliyyə böhranı

I divizyonda çıxış edən İmişlinin MKT-Araz klubu maliyyə böhranına düşüb. Siasport.az saytı xəbər verir ki, klubun futbolçuları 4 aydır ki, maaşlarını ala bilmirlər. Futbolçular meydana köhnə və cırıq butsilərlə çıxırlar. Bu isə klubda haqlı etirazlara səbəb olub. Artıq futbolçular meydana belə çıxmaq istəmirlər.

Görəsən, kluba ayrılan pullar hara gedir? Bu problemlərin yaranmasında günahkar kimdi? Bununla bağlı araşdırmalarımız davam edir və klub rəhbərliyinin də yaranmış hazırkı problemlə bağlı mövqeyini öyrənməyə çalışacağıq.//mundial.az

Bütün xəbərlər Facebook səhifəmizdə