“UltraNeftçi”nin yeni saytı işə başladı

“UltraNeftçi”nin yeni saytı işə başladı

"Neftçi"nin "UltraNeftçi" fanklubunun yeni saytı işə başlayıb. Siasport.az saytı xəbər verir ki, ultraneftci.com ünvanında yerləşən saytda "Neftçi" və fanklub barədə xəbərlər yayımlanır. Saytda həmçinin azarkeşlərin məqalələri də dərc olunur.

Sayt fanklubun rəhbəri Ceyhun Əzizlinin rəhbərliyi ilə fəaliyyət göstərir. İnternet səhifəsinin yaradılmasında məqsəd fanklubun üzvlərinin virtual ünsiyyətini təmin etməkdir.

Siasport.az saytının kollektivi "UltraNeftçi" fanklubuna işlərində müvəffəqiyyətlər arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə