Əli İsmayılovu nokaut etdilər

Əli İsmayılovu nokaut etdilər
Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov növbəti döyüşünə çıxıb. Siasport.az saytı xəbər verir ki, İsmayılov "İBO-İntercontinental" kəməri uğrunda görüşdə Polşada yerli idmançı Matyuş Masternakla qarşılaşıb. O, 5-ci raundda sifətindən dərin yara alıb. Nəticədə həkimlər döyüşü saxlamalı olublar. Bununla da Masternak texniki nokautla qalib gəlib.


Qeyd edək ki, Əli İsmayılovun daha öncə kubalı Viktor Ramireslə keçirdiyi döyüşündə də hakimlər nokaut qeydə alıblar. 143-cü saniyədə rinqdən kənara yıxılan İsmayılova məğlubiyyət verilib.// lent.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com