"Xəzər Lənkəran" Bakıda məskunlaşdığı oteli dəyişdi

"Xəzər Lənkəran" Bakıda məskunlaşdığı oteli dəyişdi
Premyer Liqanın final mərhələsinin ilk turunda AZAL-ın qonağı olacaq "Xəzər Lənkəran" matçın hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, kubok oyunundan sonra Bakıda məskunlaşan komanda dünən "Neftçi"nin köhnə bazasında məşq edib. Bu gün səhər isə "Xəzər Lənkəran" oyunun keçiriləcəyi "Şəfa" stadionunda məşqə çıxıb.

Bu arada lənkəranlılar Bakıda qaldıqları oteli dəyişiblər. Belə ki, "Xəzər Lənkəran" həmişəki kimi "Kayzeri"də yox, "Happy inn" otelində məskunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə