Qanunsuz fəaliyyət göstərən "kantor"lar aşkarlanıb

Qanunsuz fəaliyyət göstərən "kantor"lar aşkarlanıb
Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən Bakının müxtəlif yerlərində vergi nəzarət tədbirləri həyata keçirilərkən 13 obyektin qanunsuz totalizator fəaliyyəti göstərdiyi aşkar olunub. Siasport.az saytı nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda yerləşən fiziki şəxs Orxan Quliyevə aid olan "Maximum", "Çayxana", Elmira Quliyevaya məxsus "Karo" adlı obyektdə, Nizami rayonunda yerləşən Yaşar Bəşirliyə məxsus "Çempion", Nəsimi rayonunda yerləşən Sarvan Bağışova məxsus "Qalatasaray", Zaur Həsənova məxsus "Zenit", Vüqar Kələşova məxsus "Barselona", Vüqar Qafarova məxsus "Liverpul", Ədalət Qasımova məxsus "Real Madrid", Azər Abbasova məxsus "Zenit", Zaur Əmrahova məxsus "Qol Qol Barselona" obyektlərində qanunsuz totalizator fəaliyyətinin həyata keçirildiyi və futbol oyunları ərəfəsində vətəndaşlar tərəfindən oyunların nəticələri ilə bağlı proqnozlar verməklə pul qoyuluşları həyata keçirildiyi aşkar edilib.

Çayxana və ya kafe kimi fəaliyyət göstərən bu obyektlər xüsusi razılıq (lisenziya) almadan əlavə olaraq qanunsuz totalizator oyunlarının təşkili ilə də məşğul olurlar. Araşdırma zamanı o da müəyyən edilib ki, bu obyektlərdə çalışan işçilər əmək müqaviləsi bağlamadan bu işlərə cəlb edilib. Həmin obyektlərin rəhbərləri isə totalizatorlardan əldə etdikləri gəlirləri gizlədərək vergidən yayınırlar.

Nəzarət tədbirləri həyata keçirən vergi əməkdaşları həmin obyektlərdə 7 ədəd noutbuk, 9 ədəd kompüter prosessorları, qara mühasibatlıq sənədləri, nağd pul, müxtəlif firmalara məxsus möhür və ştamplar, minlərlə sayda vətəndaşlara verilmiş ödəniş qəbzləri və kuponlar aşkar edərək götürüb.

Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 70 ünvanda yerləşən "Bavariya" kafesində totalizator tipli proqnoz verilməsini və qanunsuz pul uduşlarını təşkili edən Quliyev Hacı Çərkəz oğlunun 1 milyon 752 min 846 manat məbləğində vergidən yayınması, Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanda yerləşən "Çempion", Atatürk pr-ti, 7 ünvanda yerləşən "Arsenal", "Real" və "Çay evi" adlı kafe və çayxanalarda, "Futbol Planet" MMC-nin Bakı şəhərində yerləşən bir sıra satış obyektlərində qanunsuz mərc oyunları təşkil edilməsi faktları bağlı Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com