Azərbaycan birinciliyində sərbəst güləş üzrə gənclərin yarışı başladı

Azərbaycan birinciliyində sərbəst güləş üzrə gənclərin yarışı başladı

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyi davam edir. Siasport.az saytı xəbər verir ki, yarışların səkkizinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulublar.s Yarışın səkkizinci günündə qaliblər aşağıdakı kimidir:

50 kq

1. Əlisa Abbasov – 1 saylı nümayəndəlik, Bakı, Zenit

2. Emil Qasımov – 3 saylı nümayəndəlik, Şamaxı

3. İxtiyar Quliyev – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

3. Kənan Məmmədov – 7 saylı nümayəndəlik, Gəncə, TİM

60 kq

1. Toğrul Əsgərov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

2. Hacı Əliyev – 2 saylı nümayəndəlik, Abşeron, Neftçi İSM

3. Hüseyin Nəsirov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

3. Ümüd Məmmədov – 2 saylı nümayəndəlik, Sumqayıt, Neftçi İSM

74 kq

1. İbrahim Yusifov – 7 saylı nümayəndəlik, Göyəzən

2. Kamran Yunusov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

3. Elcan Yusifzadə - 7 saylı nümayəndəlik, Göyəzən

3. Mircəfər Murtuzlu – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

96 kq

1. Aslanbek Alborov – 1 saylı nümayəndəlik, Bakı, Atasport

2. Hüseyin Qurbanov – 6 saylı nümayəndəlik, Qax, Gömrük

3. Vüsal Şərifov – 7 saylı nümayəndəlik, Qazax

3. Fuad Niftəliyev – 1 saylı nümayəndəlik, Bakı, DİN İC

Bu gün isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulur. Bu görüşlərlə yeniyetmə və gənclərin Azərbaycan birinciliyi yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə