Arda Turan Derbidə meydana çıxacaq

Arda Turan Derbidə meydana çıxacaq

İstanbulun "Qalatasaray" futbol klubunun kapitanı Arda Turan əzəli rəqibi olan "Fənərbaxça" ilə keçiriləcək derbi qarşılaşmasında meydana çıxacaq. Siasport.az saytı xəbər verir ki, sonuncu dəfə futbol üzrə Türkiyə Milli Komandasının heyətində Belçika yığması ilə qarşılaşmada zədələnən A.Turan uzun müddət idi ki, yaşıl meydanlara çıxmırdı. "Qalatasaray"ın bir sıra oyunlarında meydana çıxmayan A.Turanın, zədə bəhanəsi ilə bu addımı atması bu yaxınlarda onu müalicə edən alman həkimin TRT-nin "Stadyum" proqramına müsahibəsindən sonra üzə çıxıb. Sən demə klub rəhbərliyi, başda Adnan Polat olmaqla A.Turanı mövümün sonunda İngiltərənin "Çelsi" futbol klubuna sağlam şəkildə sata bilmək üçün və onun yenidən zədələnməməsi üçün bu cür yola baş vurublar. Bu açıqlama bütün "Qalatasaray" azarkeşlərini və Türkiyə futbol ictimaiyyətini bir-birinə vurub. Onsuz da "Qalatasaray"ın acınacaqlı şəkildə məğlubiyyətləri və xal itkilərini ard-arda sərgilədiyi bir vaxtda kapitanın min bir bəhanə ilə özünü kənara çəkməsi hər kəsi qəzəbləndirib. Bu klub prezidentinin əleyhdarları üçün də əla bir kozıra çevrilib. A.Polat da məcburən A.Turanı derbidə meydana buraxmaqla bu təzyiqləri səngitmək istəyir. Amma artıq bu addımlar klub prezidentini xilas edəcək gücə malik deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə