"Xəzər Lənkəran"ın sabiq futbolçusu “Rapid” klubuna keçdi

"Xəzər Lənkəran"ın sabiq futbolçusu “Rapid” klubuna keçdi

"Xəzər Lənkəran"ın sabiq futbolçusu moldovalı Denis Kalinkov karyerasını vətənində davam etdirəcək. Belə ki, Kalinkov Moldovanın "Rapid" klubunun formasını geyinəcək. O, artıq klubla 6 aylıq müqavilə imzalayıb. "Rapid" Kalinkovla yanaşı, Oleq Klonin və Anton Munteanla da anlaşma imzalayıb.Qeyd edək ki, Kalinkov 2009-2010-cu illərdə "Xəzər Lənkəran"da 25 oyun keçirib və 5 qola imza atıb. O, 2010-cu ilin yayında Ağasəlim Mircavadovun istəyi ilə transferə çıxarılmışdı. Kalinkov yanvarda Yunanıstanın AEK klubuna keçidi gündəmdə olsa da, transfer baş tutmamışdı. 2003-cü ildən Moldova millisinə (19 oyun, 2 qol) dəvət alan forvard əvvəllər Moldovanın "Zimbru", "Akademiya", Belçikanın "Anderlext", Hollandiyanın "Herenveen", "Herakles" və "Kambuur" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə