Roman Abromoviç Frank Raaykardı “Çelsi”yə gətirir?

Roman Abromoviç Frank Raaykardı “Çelsi”yə gətirir?

İstanbulun "Qalatasaray" futbol klubunun sabiq baş məşqçisi Frank Raykaard İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi postuna gətirilir. Siasport.az saytı xəbər verir ki, Hollandiya mətbuatı artıq F.Raykaardın "Çelsi"nin prezidenti Roman Abramoviçin nümayaəndələri ilə görüşdüyünü və ilkin razılaşma əldə olunduğunu yazır. Hollandiya mətbuatının xəbərinə əsasən, artıq R.Abromoviç də Guss Hiddinqin Türkiyə Milli Komandasının baş məşqçisi postundan ayrıla bilməyəcəyini anlayaraq "Barselona"ya böyük uğurlar qazandırmış F.Raykaardla anlaşmaya qərar verib. Belə məlum olur ki, mövsümün sonunda artıq hollandiyalı futbol mütəxəssisini "Çelsi"nin sükanı arxasında görə bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə