Argentina Milli Komandasının aparıcı futbolçusu, hazırda İngiltərənin "Mançester Siti" futbol klubunda forma geyinən Karlos Tevezin İtaliyanın "İnter" klubuna keçmək istəməsinin sirri məlum olub. Siasport.az saytı xəbər verir ki, bir neçə gündür ki İngiltərə mətbuatı argentinalı futbol ulduzunun "İnter"ə keçidi barədə məlumatlar dərc edirdi. Verilən məlumatlar arasında o da yer alırdı ki, İtaliya klubu K.Tevez üçün astronomik həddə pul ödəmək niyyətindədir. Bu gün isə İngiltərənin "The Teleqraf" qəzeti artıq K.Tevezin meneceri ilə görüşərək mövsümün sonunda ingilis klubunu tərk etmək istəməsini yazır. Qəzetin məlumatına görə, argentinalı futbol ulduzu ingilis klubunda heç bir perspektiv görmədiyini və burada özünü narahat hiss etdiyini bildirib. İngilis qəzeti eyni zamanda yazır ki, K.Tevez menecerinə italyan klubu ilə danışıqlara başlamaq üçün də təlimat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB