Alman mətbuatı: “İnter” Mario Qomez ilə yaxından maraqlanır

Alman mətbuatı: “İnter” Mario Qomez ilə yaxından maraqlanır

İstanbulun "Beşiktaş" futbol klubundan ayrılan Almaniya millisinin üzvü Mario Qomez karyerasını yenidən İtaliyada davam etdirə bilər. Almaniya mətbuatının yaydığı xəbərə görə, müqavilə ilə "Fiorentina"ya məxsus olan hücumçu ilə Milan "İnter"i yaxından maraqlanır. Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Beşiktaş"da keçirən 31 yaşlı futbolçu 28 qolla superliqanın bombardiri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə