Dünən axşam Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, keçirilən tam 8 qarşılaşmalarda bir sıra maraqlı nəticələr qeydə alınıb. İstanbulun "Beşiktaş" futbol klubunu hər iki qarşılaşmada darmadağın edən Kiyev "Dinamo"su, öz meydanında İngiltərənin "Mançester Siti" futbol klubunu 2:0 hesabı ilə məğlub edərək cavab qarşılaşmasına üstün tərəf kimi yollanıb. Bundan başqa digər bir İngiltərə təmsilçisi "Liverpul" rəqib meydanında "Braqa" klubuna 0:1 hesabı ilə uduzmalı olub. Rusiya klublarından Sankt-Peterburq təmsilçisi "Zenit" Hollandiyada "Tvente"yə 0:3 hesabı ilə uduzaraq demək olar ki növbəti mərhələ şansını da itirməli olub. Keçirilən bütün qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
Avropa Liqası
1/8 final
Bayer (Almaniya) - Vilyarreal (İspaniya) 2:3
Qollar: Mişel Kadlek, 33. Qonzalo Kastro, 72 - Guzeppe Rossi, 42. Nilmar, 70; 90.
Benfika (Portuqaliya) - PSJ (Fransa) 2:1
Qollar: Maksimiliano Pereyra, 72. Franko Jara, 81 - Pequy Luyindula, 17.
Dinamo (Ukrayna) - Mançester Siti (İngiltərə) 2:0
Qol: Andrey Şevçenko, 25. Oleq Qusev, 77.
Tvente (Hollandiya) - Zenit (Rusiya) 2:0
Qollar: Luuk de Yonq, 25; 90+1. Denni Landzaat, 56.
Braqa (Portuqaliya) - Liverpul (İngiltərə) 1:0
Qol: Alan, 18-pen.
ÇSKA (Moskva, Rusiya) - Portu (Portuqaliya) 0:1
Qol: Freddi Quarin, 70.
PSV (Hollandiya) - Reyncers (Şotlandiya) 0:0
Ayaks (Hollandiya) - Spartak (Moskva, Rusiya) 0:1
Qol: Aleks, 57.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB