Komandanın baş məşqçisi Arif Əsədov bildirib ki, bu cür yanlış informasiyaların yayılması oyunçuların psixoloji durumuna da təsir edir. "Bu halın oyunçularımıza psixoloji təsir göstərməməsi üçün əlimizdən gələni edirik. Hər dəfə belə fikir yaranır ki, guya hakimlər gəlib bizim futbolçularımızın əvəzinə oyun oynayırlar. Bu cür hallar bizi həvəsdən salır və bizə pis təsir edir", – Əsədov deyib.
"Neftçi"nin kapitanı Rail Məlikov da komanda haqqında yayılan yanlış məlumatlara qarşı olduğunu bildirib. "Bizə heç kimi köməyi lazım deyil. Nə hakimlərin, nə də başqalarının. İndiyə qədər nə etmişiksə, öz gücümüzə etmişik"-deyə Məlikov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB