Toni Adams da Çin yolçusudur...

Bir sıra ulduz futbol adamları kimi, "Qəbələ"nin sabiq baş məşqçisi olan Toni Adams da Çinə üz tutmağa qərar verib. Bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Məlumata görə, 50 yaşlı mütəxəssisin yeni iş yeri məlum olub. Daha öncə "Arsenal"ın U-18 komandasında məşqçilik edən Adams London klubundakı işini davam etdirmək istəməyib. İngiltərə klubundakı sınaq müddətini başa vuran Adams Çinin "Çuntsin Lifan" klubunun təklifini qəbul edib. O, Asiya təmsilçisinin gənclər departamentinin direktor vəzifəsində çalışacaq.

Qeyd edək ki, Toni Adams "Qəbələ"də baş məşqçi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində də işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə