İstanbulun "Qalatasaray" futbol klubuna 2000-ci ildə UEFA Kubokunu qazandıran əfsanəvi baş məşqçi Fatih Terim İtaliya A Seriyasının aparıcı futbol klublarından olan "Fiorentina"nın baş məşqçisi postuna gətirilir. Siasport.az saytı xəbər verir ki, Almaniyanın "Four Four Two" jurnalının internet səhifəsində dərc olunan məlumata əsasən, komandadakı uğursuzluğa görə hazırkı baş məşqçi Sinisa Mihajloviçlə yollarını ayırmaq haqda düşünən klub rəhbərliyi, 2001-ci ilə qədər "Fiorentina"nın baş məşqçisi olmuş "İmperator" rəqəbli futbol mütəxəssisini yenidən komandanın sükanı arxasına gətirir. İtaliyan klubunun azarkeşləri tərəfindən daima böyük sevgi ilə qarşılanan F.Terimin də bu təklifə müsbət yanaşdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB