Ronaldo açıqladı: "Sevilya"ya qarşı oynamayacam

Ronaldo açıqladı: "Sevilya"ya qarşı oynamayacam

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo UEFA superkubokunda "Sevilya"ya qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib. İspaniyanın nüfuzlu idman nəşri olan "AS" qəzetinin yaydığı xəbərə görə, bu barədə portuqaliyalı hücumçu özü məlumat verib: "Sevilya"ya qarşı oynamayacam. Çünki avqustun 10-dan məşqlərə başlayacam". Qeyd edək ki, "Real" - "Sevilya" görüşü avqustun 9-u keçiriləcək.

Xatırladaq ki, K.Ronaldo Portuqaliya millisi ilə "Avro-2016"nın finalında Fransaya qarşı oyunda zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə