Portuqaliyanın Madeyra şəhərinin hava limanına bu ölkənin futbol üzrə milli komandasının kapitanı Kriştiano Ronaldonun adı verilib. SİA-nın xəbər verir ki, bu barədə məlumat Madeyra muxtar bölgəsinin hökuməti tərəfindən təsdiqlənib. Bildirilib ki, Ronaldo Madeyranın inzibatı şəhəri olan Funşalda anadan olduğu üçün belə bir addım atılıb.
Əslən madeyralı olan ulduz futbolçu ötən gün doğma şəhərinə səfər edərək Funşalda tikdirdiyi beşulduzlu otelin açılışına qatılıb.
Qeyd edək ki, adada Ronaldonun heykəli və onun adını daşıyan futbol muzeyi də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB