Azərbaycan yığması bu gün Türkiyəni təmsil edən Avropa region yığması ilə qarşılaşacaq

Azərbaycan yığması bu gün Türkiyəni təmsil edən Avropa region yığması ilə qarşılaşacaq
Türkiyənin İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirin qrup mərhələsi çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız Türkiyəni təmsil edən Avropa region yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Xatırladaq ki, yığmamız turnirdə keçirdiyi ilk iki oyunu eyni hesabla başa vurub. Həm İrlandiya, həm də Türkiyənin Qərb region yığması ilə qarşılaşmalar 1:1 hesabı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə