"Baku Fires" boks klubu WSB liqasında növbəti görüşünü keçirmək üçün Qazaxıstana yollanıb. Siasport.az saytı xəbər verir ki, komandamız şənbə günü rəqib meydanında "Astana Arlans" klubu ilə qarşılaşacaq. Məşqçilər korpusu bu dəfə əsas heyətə şans verməyib. Bu da onunla bağlıdır ki, "Baku Fires" martın 19-da qrup mərhələsinin son görüşündə Bakıda "Beijng Dragons"la üz-üzə gələcək. Qazaxıstanda isə komandamızın heyətində yalnız legioner boksçular rinqə çıxacaq. 54 kq çəki dərəcəsində monqolustanlı Nayambayar Mircan Rəhimcanovla döyüşəcək. Qeyd edək ki, Monqolustan idmançısı artıq bir dəfə Rəhimcanovu məğlub edib. 61 kq çəki dərəcəsində Koba Pxakadze Yerjan Mussafirovun müqavimətini qırmağa çalışacaq. 91 kq-dan yuxarı çəki dərəcəsində də "Baku Fires"in heyətində gürcüstanlı idmançı rinqə çıxacaq. Beka Lobjanidzenin rəqibi Ruslan Mursatayev olacaq.
54 kq
Nayambayar (Baku Fires) – Mircan Rahimcanov (Astana
Arlans)
61 kq
Koba Pxakadze – Yerjan Mussafirov
73 kq
Batırjon Mahmudov – Kanat Slam
85 kq
Denis Poyatsıka – Ramjon Ahmedov
91+kq
Beka Lobjanidze – Ruslan Mursatayev
Xatırladaq ki, "Baku Fires" 28 xalla qrupun vahid
lideridir. "Astana Arlans" 23 xalla qrupda 2-ci yeri tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB