“Böyük İpək Yolu” beynəlxalq turniri: ilk günün nəticələri

“Böyük İpək Yolu” beynəlxalq turniri: ilk günün nəticələri

Bakı İdman Sarayında boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniri start götürüb. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan idmançılarından başqa, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, İran və Gürcüstan komandaları mübarizə aparır. Yarışın ilk günündə rinqə çıxan həmyerlilərimizdən səkkizi qələbə qazanıb. Böyüklərdən ibarət milli komandamızın üzvlərindən Salman Əlizadə (49 kq) və Sadiq Eynullayev (69 kq) rəqiblərini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar. Uzun illər milli komandamızın kapitanı olmuş Emil Məhərrəmov (69 kq) Qazaxıstan nümayəndəsi Süleyman Borbukayevə 6:8 hesabı ilə uduzaraq, turnirdən kənarda qalıb. Gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngovun (52 kq) bir o qədər də tanınmayan Tural Əhmədova məğlub olması da yarışın sensasiyalarındandır. Rusiya komandasının dünya və Avropa çempionları Andrey Zamkovoy (69 kq) və Yeqor Mexontsev (81 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Yarışın ilk günündə qeydə alınan nəticələr:

49 kq

1. Salman Əlizadə (Azərbaycan) 6:1 Mardan Berikbayev (Qazaxıstan)

2. Erdal İnanlı (Türkiyə) 0:2 Ferhat Pehlevan (Türkiyə)

52 kq

3. Kənan Hüseynəliyev (Azərbaycan) 5:0 Ali Baybosev (Qazaxıstan)

4. Tural Əhmədov (Azərbaycan) 3:0 Şaban Şahpələngov (Azərbaycan)

5. Cavid Çələbiyev (Azərbaycan) 3:6 Vladislav Taşkarkov (Rusiya)

56 kq

6. Salman İbrahimov (Azərbaycan) 3:6 Anar Əliyev (Azərbaycan)

7. Nihat Seyidov (Azərbaycan) 1:4 Vislan Dalxayev (Rusiya)

60 kq

8. Qani Caylaulov (Qazaxıstan) 6:3 Pərviz Bağırov (Azərbaycan)

64 kq

9. Almasbek Alibekov (Qazaxıstan) 3:1 Aleksandr Solyankov (Rusiya)

69 kq

10. Sadiq Eynullayev (Azərbaycan) –5:2 Qoça Baduraşvili (Gürcüstan)

11. Emil Məhərrəmov (Azərbaycan) 6:8 Süleyman Borbukayev (Qazaxıstan)

12. Andrey Zamkovoy (Rusiya) – Tolqa Doğan (Türkiyə) Doğan zədələnərək döyüşü davam etdirə bilməyib

13. Fəqan Hüseynov (Azərbaycan) 0:2 Emil Əhmədov (Azərbaycan)

75 kq

14. Fərid Ağayev (Azərbaycan) 1:15 Dmitri Bivol (Rusiya)

15. Rauf Rəhimov (Azərbaycan) Cavad Zohrehvand (İran) – Zohrehvand rinqə çıxmayıb

16. Yolçu Zeynalov (Azərbaycan) 3:8 Qamzat Qazəliyev (Rusiya)

81 kq

17. Yaqo Kizirya (Gürcüstan) – Mehdi Yaho (İran) – Yaho rinqə çıxmayıb

18. Arman Rispek (Qazaxıstan) 0:2 Ramil Əliyev (Azərbaycan)

19. Kamran Mehdiyev (Azərbaycan) 5:5 Məhəmmədyusif Səidov (Özbəkistan) – Qələbə Səidova verilib

20. Yeqor Mexontsev (Rusiya) 6:2 Levan Gulidiani (Gürcüstan)

21. Rüstəm Tulaqanov (Özbəkistan) 6:1 Ömər Aydoğan (Türkiyə)

Bütün xəbərlər Facebook səhifəmizdə