Erik Boteak: "Qəbələ" ciddi rəqibdir"

Erik Boteak: "Qəbələ" ciddi rəqibdir"

"Son yoxlama görüşündə qalib gəlməyimiz yaxşıdır. Növbəti həftə Avropa Liqasında rəsmi matçımıza çıxacağıq və bu qələbə inamımızı daha da artıracaq". SİA-nın məlumatına görə, bu sözləri "Lill" klubunun yarımmüdafiəçisi Erik Boteak klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" haqda danışan 28 yaşlı futbolçu Azərbaycan təmsilçisinin ciddi rəqib olduğunu bildirib: "Növbəti həftədən etibarən Avropa Liqasında təsnifat mərhələsinin oyunlarına başlayacağıq. Buna görə də güclü olmalıyıq. "Qəbələ" ciddi və aqressiv rəqibdir. Mərhələ adlamağımız üçün hər iki oyunu yaxşı keçirməliyik. Biz də elə bu yöndə çalışmalarımızı davam etdiririk".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 28-də Fransada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə