"Çox gözəl şəhəriniz var. Burda olmağımdan çox mütəəssirəm". Siasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Joze Perurena Lopes jurnalistlərə açıqlamasında deyib. O, dünən ölkə başçısı və nazirlə görüşdüklərini, çox səmimi və gözəl görüş keçdiyini bildirib. "Bilirəm ki, Azərbaycanda son dövrlərdə çoxlu idman mərkəzləri inşa olunur. Bunlardan biri də \"Kür" Olimpiya Tədris-İdman Mərkəzidir. Biz günortadan sonra ora yollanacağıq və ora ilə tamış olacağıq. Bildiyimə görə ora çox yüksək səviyyədə hazırlanmış idman mərkəzidir",-deyə qonaq vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB