"Lill"in yarımmüdafiəçisi Erik Boteak klubun rəsmi saytına açıqlamasında "Qəbələ" ilə keçirəcəkləri oyun barədə danışıb. 28 yaşlı futbolçu Azərbaycan təmsilçisinin ciddi rəqib olduğunu bildirib: "Son yoxlama görüşündə qalib gəlməyimiz yaxşıdır. Növbəti həftə Avropa Liqasında rəsmi matçımıza çıxacağıq və bu qələbə inamımızı daha da artıracaq. Növbəti həftədən etibarən Avropa Liqasında təsnifat mərhələsinin oyunlarına başlayacağıq. Buna görə də güclü olmalıyıq. "Qəbələ" ciddi və aqressiv rəqibdir. Mərhələ adlamağımız üçün hər iki oyunu yaxşı keçirməliyik. Biz də elə bu yöndə çalışmalarımızı davam etdiririk".
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 28-də Fransada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB