Suares: “Messi "Qızıl top"a layiqdir”

Suares: “Messi "Qızıl top"a layiqdir”

"Barselona"nın hücumçusu Luis Suares, komanda yoldaşı olan argentinalı Leonel Messi barədəki maraqlı fikirləri ilə diqqət çəkib. "Goal.com"-un verdiyi məlumata görə, uruqvaylı futbolçu Avropa çempionu olan Kriştiano Ronaldo ilə müqayisədə komanda yoldaşı Lionel Messinin bu ilin ən yaxşı oyunçusuna veriləcək "Qızıl top" mükafatını qazanmağa layiq olduğunu bildirib:

"Bəli, Ronaldo çox önəmli titullar qazandı. Ancaq mənim Messinin hələ də dünyanın ən yaxşı futbolçusu olduğuna şübhəm yoxdur. O, Argentina yığması ilə Amerika kubokunun qalibi ola bilmədi. Ancaq "Barselona" ilə çox titullar əldə edib. Messinin bu il "Qızıl top"u qazanıb-qazanmayacağını bilmirəm. Ancaq düşünürəm ki, o, bu mükafatı qazanmağa layiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com