Daha bir ingilis klubu başsız qaldı

Daha bir ingilis klubu başsız qaldı

Daha bir ingilis klubu başsız qalıb. BBC-nin verdiyi məlumata görə, yeni mövsümdən İngiltərə Premyer Liqasında oynayacaq "Hall Siti"nin baş məşqçisi Stiv Bryus vəzifəsindən gedib. Onun bu addımı atmasına 55 yaşlı mütəxəssislə klub rəhbərliyi arasındakı fikir ayrılığı səbəb olub. Ötən mövsümün yekunlarına əsasən komandasını Premyer Liqaya qaytaran Bryus rəhbərliklə ortaq məxrəcə gələ bilmədiyi üçün komandadan getmək qərarı verib. Onun yeni mövsümdən "Sanderlend"i çalışdıracağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Sanderlend"i çalışdıran Sem Ellardays İngiltərə millisin baş məşqçisi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə