İCF, ECA və AMAF rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər
Bu gün Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Joze Perurena Lopes, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds və Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov ümummilli liderin Heydər Əliyev Sarayının qarşısında ucaldılmış abidəsini ziyarət ediblər və önünə əklil qoyublar.
Qeyd edək ki,
qonaqlar bu gün Mingəçevirdə yerləşən \"Kür" Olimpiya Tədris-İdman Mərkəzinə
yollanacaqlar. Sabah isə bazada akademik, kayak və kanoe qayıqlarında avarçəkmə
üzrə kişi və qadınlar arasında ənənəvi Beynəlxalq \"Prezident Kuboku"
reqatası start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB