Prezident İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurenanı qəbul edib
Martın 9-da Prezident İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurenanı qəbul edib. Siasport.az saytı xəbər verir ki, ölkəmizə səfəri çərçivəsində Mingəçevirə gedəcəyini və buradakı avarçəkmə mərkəzində olacağını deyən Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Joze Perurena bu cür mərkəzlərin beynəlxalq idman yarışlarının keçirilməsi üçün əhəmiyyətini qeyd eidb.
Sovetlər İttifaqı dağıldıqdan sonra Mingəçevir avarçəkmə mərkəzinin yararsız vəziyyətə düşdüyünü bildirən dövlətimizin başçısı son illər bu mərkəzdə ən müasir standartlara uyğun şəkildə əsaslı bərpa və yenidənqurma işlərinin aparıldığını deyib.
Görüşdə Mingəçevir avarçəkmə mərkəzinin ölkəmizdə idmanın inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB