"Qarabağ" və "Qəbələ"nin avrokuboklarda rəqibləri ilə keçirəcəyi matçların vaxtı müəyyənləşib. "Qarabağ" klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Viktoriya"ya (Plzen, Çexiya) qarşı ilk oyununu səfərdə keçirəcək. "Dusan Arena"da oynanılacaq görüş iyulun 26-da, Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Ağdam klubunun cavab görüşü isə avqustun 2-də Respublika stadionunda keçiriləcək.
Avropa Liqasının üçüncü təsnifat mərhələsinə mübarizəyə qoşulacaq "Qəbələ" də ilk matçını səfərdə Fransanın "Lill" klubuna qarşı keçirəcək. İyulun 28-də "Lill-Metropol"da oynanılacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu isə avqustun 4-də Bakıda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB