İspaniyanın "Barselona" futbol klubunun argentinalı futbol ulduzu Leonel Messi, İspaniyanın "El Mundo" nəşrində dərc olunan açıqlamasında, həyatı ilə bağlı bir bir sıra məqamlara da aydınlıq gətirib. Siasport.az saytı xəbər verir ki, 23 yaşlı ulduz futbolçu ailəsi ilə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib. 13 yaşında ailəsini tərk edərək "Barselona"ya gələn argentinalı, bu üzdən ailəsi ilə bağlı nisgilli olduğunu vurğulayıb: "Əlbəttdə 13 yaşında ikən ailəsindən ayrı düşməyin, xüsusi ilə ana həsrəti çəkməyin nə demək olduğunu, məncə dünyada ana sevgisini anlayan hər kəs yaxşı başa düşür. Elə vaxtlar olub ki, sakitcə kənara çəkilərək anam üçün saatlarla ağlamışam.İndi boş vaxtlarımda daha çox ailəmlə bağlı məsələlərə vaxt ayırıram. Bu mənə çox xoşdur."-deyə argentinalı futbol ulduzu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB