AÇ-nin final oyununu Əliyar Ağayev idarə edəcək

AÇ-nin final oyununu Əliyar Ağayev idarə edəcək

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. SİA-nın məlumatına görə, Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki "Rhein-Neckar-Arena"da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə