Rail Məlikov: "Futbol ictimaiyyəti bizim təkcə rəqiblə yox, həm də Vüsal Əliyevlə mübarizə aparmalı olduğumuzun şahidi oldu"-AÇIQLAMA

Rail Məlikov: "Futbol ictimaiyyəti bizim təkcə rəqiblə yox, həm də Vüsal Əliyevlə mübarizə aparmalı olduğumuzun şahidi oldu"-AÇIQLAMA

"Neftçi" PFK-nın kapitanı Rail Məlikov son kubok oyununda baş verənlərlə bağlı fikirlərini bildirib. Siasport.az saytı futbolçunun klubun rəsmi saytına verdiyi açıqlamanı nəzərinizə çatdırır: "Oyunda baş verənləri hər kəs gördü. Futbol ictimaiyyəti bizim təkcə rəqiblə yox, həm də Vüsal Əliyevlə mübarizə aparmalı olduğumuzun şahidi oldu. Kubokun ilk oyununda "Xəzər Lənkəran" tərəfi Anar Salmanovun qərəzli idarəçiliyi ilə bağlı böyük səs-küy qaldırdı, etirazını bildirdi. Cavab matçında baş verənlərdən sonra onlar niyə susurlar. Demək ki, baş hakimin idarəçiliyi onları qane etdi. Məgər Lənkəran şəhər stadionunun meydançasında hakimin verdiyi qərarlar "Neftçi" üçün qərəzli deyildi? Hər kəs oyunda diqtə edən tərəfin kim olduğunu da gördü. Oyundan sonra kapitan olaraq komandanın üzvlərini soyunub-geyinmə otağında güclə sakitləşdirdim. Onların hamısı hakimin "Neftçi"nin əleyhinə yönələn idarəçiliyindən çox əsəbi idilər, özlərinə yer tapa bilmirdilər. Belə olmaz axı, biz hamımız Azərbaycan futbolunun inkişafı üçün çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə