Azərbaycan kubokunun 1/2 finalında mübarizə aparacaq cütlüklər tam şəkildə müəyyənləşdi

Azərbaycan kubokunun 1/2 finalında mübarizə aparacaq cütlüklər tam şəkildə müəyyənləşdi

NBC Bank Azərbaycan kubokunun 1/2 finalında mübarizə aparacaq cütlüklər tam şəkildə müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu gün keçirilən oyunda sonuncu yarımfinalçı müəyyənləşib. Belə ki, Tovuz şəhər stadionunda "Turan" klubu AZAL-ı qəbul edib. Matçda 1:1-lik bərabərlik qeydə alınsa da, "təyyarəçilər"in öz meydanında qələbə qazanması onları yarımfinala çıxarıb. Qarşılaşmada Boris Konde və Eleandro Pema fərqlənib.

Qeyd edək ki, 1/2 finalda "Xəzər Lənkəran" "Bakı" ilə, "İnter" isə AZAL-la qarşılaşcaq. Oyunlar aprelin 27-də və mayın 4-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə