"Neftçi"nin məşqçisi fəxri ada layiq görülüb

"Neftçi"nin məşqçisi fəxri ada layiq görülüb

"Neftçi"nin daha bir məşqçisi fəxri ada layiq görülüb. Siasport.az saytı xəbər verir ki, 2005-ci ildən "Neftçi" PFK-da məşqçi kimi çalışan 47 yaşlı İsmayıl Hüseynova, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin "Fəxri Bədən tərbiyəsi və İdman İşçisi" adı verilib. Bununla bağlı məşqçi klubun rəsmi saytına fikirlərini bildirib: "Məşqçilik karyerama Rusiyada "Dinamo" Murmansk komandasında başlamışam. 2005-ci ildən isə doğma "Neftçi"də uşaqlara futbolun sirlərini öyrətmək üçün səy göstərirəm. Bir çox komandalarda məşqçi kimi fəaliyyət göstərmişəm, "Neftçi"də uşaq futboluna göstərilən qayğını heç yerdə görməmişəm. "Neftçi"də klub prezidenti Sadıq Sadıqov uşaq futboluna böyük diqqət və qayğı göstərir. Məhz bu qayğının sayəsində hazırda "Neftçi"də bir çox perspektivli yeniyetmələr top qovur. Flaqmanın kiçikyaşlı futbolçuları bir çox turnirlərdə uğurlar qazanır. 2008-ci ildə öz yetirmələrimlə ölkə çempionu olmuşam. Hazırda bir çox gənc futbolçu Rəşad Hüseynov, Coşqun Süleymanov, Vüqar Həsənli, Tural Adıgözəlov "Neftçi"nin və digər klubların şərəfini qoruyur. Bundan sonra da mən "Neftçi"də yeni istedadlı futbolçuların yetişdirilməsi və üzə çıxması üçün böyük səylə çalışacam. Buradan məni fəxri ada layiq görən Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinə dərin təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə