Çempionlar Liqası: “Milan” yenə “Tottenhem”lə üz-üzə!

Çempionlar Liqası: “Milan” yenə “Tottenhem”lə üz-üzə!

Bu axşam Çempionlar Liqasınının 1/8 final oyunları çərçivəsində daha iki qarşılaşma keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Almaniyanın "Şalke-04" futbol klubu "Veltins Arena"da İspaniyanın "Valensiya"nı qəbul edəcək. Bu qarşılaşma daha çox Bundesliqada pis günlər keçirən alman klubunun baş məşqçisi Magat üçün revanş qarşılaşması və azarkeşlərin nifrətinin qarşısını almaq üçün bir fürsətdir. Əks halda onun "Şalke-04" klubundan qovulacaqı rəsmiləşəcək.

Çempionlar Liqasında bu gün axşam keçiriləcək digər bir qarşılaşmada isə İngiltərənin "Tottenhem" futbol klubu öz meydanında İtaliya A Seriyasının hazırkı lideri "Milan"la qarşılaşacaq. Xatırladaq ki, ilk qarşılaşmada ingilis klubu "Milan"ı öz meydanında 1:0 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşmada italyanların forvardı Qattuzo "Tottenhem"in məşqçilər korpusunun üzvlərinə hücum edərək təhqir etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə