“İnter” azarkeşlərinin Samuel Etoya qarşı qəzəbləri soyumur

“İnter” azarkeşlərinin Samuel Etoya qarşı qəzəbləri soyumur

İtaliyanın "İnter" futbol klubunun kamerunlu ulduz forvardı Samuel Etonun başına gələn qəribə hadisə İtaliya futbol mətbuatının hələ də müzakirə mövzusudur. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl bu ulduz futbolçu İtaliyada yol polisinə 36 avro cərimə ödəməmək üçün qadın polisə yalvarmalı olub ki, bu da indi bütün ölkədə dillər əzbərinə çevrilib. Xatırladaq ki, həmin hadisə İtaliyanın aparıcı nəşrlərinin baş manşetinə də çevrilmişdi. 20 milyon avro gəliri olan kamerunlu futbolçunun bu məcarası, daha cox "İnter" azarkeşlərinin də qəzəbinə səbəb olub. İtaliya mediyası xəbər verir ki, klubun azarkeşləri "İnter" rəhbərliyini bütün ölkədə klubu xoşagəlməz "dastana" çevirən bu xəsis futbolçu üçün tədbirlər görməyə çağırıblar. Onlar, həttda kamerunlu futbol ulduzuna qarşı pul cəzasının kəsilməsinə qədər radikal tədbirlərin görülməsini də tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə