Hokkeyçilərimizin rəqibləri bəlli oldu

Hokkeyçilərimizin rəqibləri bəlli oldu
Xəbər verdiyimiz kimi ölkəmizin 18 yaşınadək qızlardan və öğlanlardan ibarət seçmə otüstü hokkey komandaları 2011-ci ilin iyul ayında ilk dəfə olaraq qitə birinciliyində iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, bu günlərədə Avropa Hokkey Federasiyasından daxil olan rəsmi məktubda qarşıdakı məsul yarışda yığma komandalarımızın rəqilərləri barədə məlumat verilib. İyulun 11-dən 16-dək Slovakiyanın Bratislava şəhərində Çelenc III yarışlarında "B" qrupunda yer alan hokkeyçilərimizin rəqibləri Xorvatiya, Yunanıstan və Belarusun seçmə komandaları olacaq. "A" qrpunda isə Ukrayna, Kipr, Türkiyə və Litva yığmaları yer alıb. Belarusun Smoleviçi şəhərində eyni vaxtda keçiriləcək analoji yarışda iştirak edəcək qızlarımız isə Avstriya, Belarus, Bolqarıstan və Türkiyə komandaları ilə qalib adı uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə