11-13 mart 2011-ci il tarixdə Bolqarıstanın Varna şəhərində güləş üzrə Petro Sirakov və İvan İliyevin xatirəsinə 14-cü beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız da iştirak edəcək.
Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Ağalar Aslanov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında turnirdə 8 idmançımız mübarizə aparacaq. Heyətdə Vilayət Qəhrəmanlı (50 kq), Nurlan Əsgərov (55 kq), Orxan Paşayev (60 kq), Ceyhun Bayramov (66 kq), Toğrul Yunisli, Fuad Əliyev (hər ikisi 74 kq), Sübhan İsmayılov (84 kq) və Röyal Mirzəyev (96 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vasif Əliyev ölkəmizi təmsil edəcək.
Proqrama əsasən, martın 11-də 66 və 120 kq, martın 12-də 50, 60 və 74 kq, sonuncu gün isə 55, 84 və 96 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB