"Neftçi" makedonlara da uduzdu...

"Neftçi" makedonlara da uduzdu...

Futbol üzrə UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir. Qol.az-ın məlumatına görə, Azərbaycanın digər təmsilçisi "Neftçi" dünən növbəti görüşünü keçirib. "Ağ-qaralar" Makedoniyada "Şkendiya"nın qonağı olublar. Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Neftçi", cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

21 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

22:00. "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) - 1:0
Qol: Besart İbraimi, 31 (1:0)
Qırmızı vərəqə: Vançe Şikov, 71 ("Neftçi")
İlk oyun - 0:0
Baş hakim: Erik Lambrext
Köməkçi hakimlər: Karel de Roker və Jo de Veyrdt
Dördüncü hakim: Frederik Geldhof (hamısı Belçika)
Skopye. II Filip stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə