"Yuventus" 23 milyon avroya xorvatiyalı futbolçu transfer etdi

"Yuventus" 23 milyon avroya xorvatiyalı futbolçu transfer etdi

Futbol üzrə İtaliya çempionu olan "Yuventus" daha bir transfer reallaşdırıb. Turin təmsilçisinin saytının yaydığı xəbərə görə, "Dinamo"nun (Zaqreb) futbolçusu Marko Pyaçanın "Yuventus"a keçidi rəsmiləşib. Xorvatiyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Yuventus" "Dinamo"ya 23 milyon avro ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə